Vüqar Bayramov: Qarabağ bölgəsinin alternativ enerji potenisalı kifayət qədər yüksəkdir
09:20 20.07.2021
İqtisadiyyat
671
"Avropa şirkəti azad edilmiş ərazilərdə 200 meqavat gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı Azərbaycan hökuməti ilə ilkin sənədləri imzalayıb. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyev bildirib.
İşğaldan azad olunan torpaqlarımızda Avropa şirkətləri ilə əməkdaşlıq "qədim qitə” ilə ölkəmizin iqtisadi əlaqələrini genişləndirməklə yanaşı, eyni zamanda erməni işğalı nəticəsində tamamilə dağıdılmış ərazilərimizin daha intensiv bərpası baxımdan vacibdir" .
Sherg.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. İttifaqın bu regionla ticarətinin 78 faizi Azərbaycanın payına düşür. Deputat qeyd edib ki, Azərbaycanın xarici ticarətində bu qurumun payı isə 40 faizdən çoxdur:
"Alternativ, o cümlədən günəş enerjisi istehsalında Avropa Birliyi xüsusi təcrübəyə malikdir. 2004-cü ildə birliyin ümumi enerji istehlakının 8,5%-ni bərpa olunan enerji mənbələrindən əldə edirdisə, 2019-cu ildə bu göstərici 19,7%-ə yüksəlib. Bu qurumun 2030-cu illəri əhatə edən enerji strategiyasına əsasən, növbəti 9 ildə bərpa olunan enerji resurslarının payı 27%-ə yüksələcəyi hədəflənir.
Azərbaycanın və eləcə də işğaldan azad olunan ərazilərimizin böyük alternativ enerji potensialı var. Energetika Nazirliyinin hesablamalarına görə, ölkəmizdə günəşli günlər il ərzində 2500-3200 saat arasında dəyişir. Bakı və ətraf ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Nazirliyin hesablamalarına görə, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 MVt olaraq dəyərləndirilir. Bunun 23000 MVt-ı günəş, 3000 MVt-ı isə külək enerjisinin payına düşür".
V.Bayramov bildirib ki, Qarabağ bölgəsinin də alternativ enerji potenisalı kifayət qədər yüksəkdir:
"Energetika Nazirliyinin qiymətləndirmələrinə görə, işğaldan azad olunan ərazilərimizin günəş enerjisi potensialı 4000 MVt, külək enerjisi potensialı isə 500 MVt-dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə, Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Azərbaycanda yerli su ehtiyatlarının 25%-nin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.Bütövlükdə, günəş və külək enerjisindən aktiv şəkildə istifadə edilməsi "Yaşıl enerji” konsepsiyasının əsas elementlərindəndir. İşğaldan azad olunmuş ərazilərimizin potensialının böyük olmasını nəzərə alsaq bu da həmin ərazilərdə istehsal olunan enerjinin həm də digər rayonlara nəql edilməsinə imkan yaradacaq.Qeyd edək ki, bu il iyunun 3-də Energetika Nazirliyi və bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ olub
19:17 02.03.2026
Hadisə
Ərdoğan və Merz İrana hücumları müzakirə ediblər
19:10 02.03.2026
Dünya
Tramp İranla bağlı bəyanatla çıxış edəcək
19:04 02.03.2026
Dünya
“İran ABŞ-la qarşıdurmaya hazır deyil” - Hərbi ekspert
18:40 02.03.2026
Gündəm
Bu agentliyin kibi təsdiqlənib
18:36 02.03.2026
Gündəm
ABŞ Bəhreyndəki səfirliyini bağladı
18:21 02.03.2026
Dünya
İranın yeni liderindən ilk açıqlama: Bu bəlanı da dəf edəcəyik
18:06 02.03.2026
Dünya
Laricani: İran uzunmüddətli müharibəyə hazırdır
17:41 02.03.2026
Gündəm
Xameneinin həyat yoldaşı vəfat etdi
17:39 02.03.2026
Dünya
ABŞ-ın müharibə naziri: İranda rejim dəyişəcək
17:38 02.03.2026
Gündəm
Ararat Mirzoyan və Marta Kos arasında telefon danışığı oldu
17:23 02.03.2026
Gündəm
Prezident İlham Əliyev Aleksey Overçuku qəbul edib
16:43 02.03.2026
Gündəm
İranın yeni lideri ilə bağlı açıqlama: Tezliklə təqdim olunacaq
16:15 02.03.2026
Gündəm
Vüqar Mustafayev Yaşar Gülərlə görüşdü
16:08 02.03.2026
Dünya
Tramp: İran razılığa gəlmək istəyir
16:05 02.03.2026
Gündəm