Yağıntılar bərəkət gətirdi: Tonlarla soğan xaricə ixrac olunacaq

Türkiyənin məhsuldar ərazilərindən olan Hatayın Amik Ovasında soğan yığımı başlayıb. Sherg.az xəbər verir ki, Reyhanlı rayonunda yerləşən Bükülmez kəndində 500 hektar sahədə aparılan əkinlər bu il bol məhsul verib.

Fermerlər bildirir ki, bu il yağıntıların çox olması məhsuldarlığı artırıb və hər dönümdən təxminən 5 ton məhsul gözlənilir. Soğan tarlada 22–25 TL aralığında satılır.

Məhsul əsasən ixrac olunur və xüsusilə Rusiya və Suriya bazarlarına göndərilir. Daxili bazarda isə 81 vilayətə paylanır.

Sahə nümayəndələrinin sözlərinə görə, bu il ümumi məhsuldarlığın yüksək olması səbəbindən bol mövsüm gözlənilir. Tarlada qiymət təxminən 25 TL olsa da, istehlakçıya çatdıqda 35 TL civarında olacağı proqnozlaşdırılır.