Ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı açıqlanıb
Ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı açıqlanıb
11:42 13.03.2024
Elm və Təhsil
558
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sona yaxınlaşır.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2024-cü il martın 1-də başlanıb və 15 mart saat 23:59-dək internet vasitəsilə aparılır. 13 mart saat 15:20-yə olan məlumata əsasən, 99403 abituriyent öz ərizəsini təsdiq edib
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.
İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə verilmiş keçiddə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan Ali TM”) tanış ola bilərsiniz.
Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil