108 yaşlı britaniyalı qadın uzunömürlüyün “sirrini” bölüşüb

Böyük Britaniyadan olan 108 yaşı tamam olmuş Coan Helen Dayk uzunömürlüyünün sirrini bölüşüb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, doğum gününü Şropşir qraflığının Şrusberi şəhərindəki qocalar evində keçirən Dayk gəncliyində bağça tərbiyəçisi işləyib, İkinci Dünya müharibəsi başlayandan sonra isə Britaniya ordusunun arxivində çalışıb.

“Mən günü bu günə kimi həyatdan tam zövq alıram, bu isə həm bədənin, həm də zəkanın sağlamlığına xidmət edir. Xüsusilə yoqanı sevirəm. Yeməyi də”, - o bildirib.