“Turan Tovuz” avrokubok yolunda növbəti zərbəni aldı

Azərbaycan Premyer Liqasında XXXII turun açılış oyununda “Turan Tovuz” və “Şamaxı” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilmiş görüş heç-heçə ilə yekunlaşıb - 1:1.

Baş hakim Kamal Umudlunun idarə etdiyi qarşılaşmada ilk qolu 54-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Kauan Martins vurub. 2 dəqiqə aradan sonra isə qonaq komandanın ən məhsuldar oyunçusu Brahim Konate fərqlənərək hesabı bərabərləşdirib. Bu, fransalı yarımmüdafiəçinin çempionatda 7-ci qolu olub.

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev cəzalı olduğu üçün oyunu tribunadan izləyib.

Onun komandası xalını 49-a çatdıraraq, 4-cü pillədəki yerini dəyişməz saxlayıb. Ayxan Abbasovun kollektivi isə 35 xalla 6-cı pilləyə yüksəlib.

Qeyd edək ki, turun növbəti görüşləri 26 - 28 apreldə keçiriləcək.