Baş nazir: Dünya Cənubi Qafqazda tarixi bir dövrün başlanğıcına şahidlik edir
12:09 26.08.2025
Siyasət
332
Bu gün dünya Cənubi Qafqazda təhlükəsizlik, sabitlik, davamlı sülh və əməkdaşlıq baxımından tarixi bir dövrün başlanğıcına şahidlik edir.
Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, Vaşinqton görüşündən sonra regionda zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələ başlayır: “Xüsusilə yeni dəhlizin açılması üzrə razılaşma Naxçıvan Muxtar Respublikasının blokadadan çıxmasını təmin etməklə və onun sosial-iqtisadi inkişafına xüsusi təkan verməklə yanaşı, eyni zamanda regional nəqliyyat və iqtisadi inteqrasiyanın əsasını qoyur. Dəhlizin açılması Azərbaycan Hökuməti qarşısında yeni və məsuliyyətli bir çağırışdır. Bu məqsədlə ilkin mərhələdə gündəlik əsasda gərgin iş aparılmalıdır. Avropanı Asiya ilə birləşdirəcək bu unikal yol regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcək, ölkələr arasında ticarət əlaqələrini sürətləndirəcək və nəticədə Azərbaycan tranzit ölkə kimi ixrac imkanlarını artıraraq dünya iqtisadiyyatına daha sürətli şəkildə inteqrasiya olunacaq. Bu proses Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Azərbaycanın sülh gündəliyi regionun iqtisadi və siyasi gələcəyini formalaşdırır. Cənubi Qafqaz, ümumilikdə, sabitlik adasına çevriləcək. Bütün bunlar nəyi nə zaman edəcəyini hər kəsdən yaxşı bilən, dediyi sözü, verdiyi vədi mütləq şəkildə gerçəkləşdirən Prezident İlham Əliyevin siyasətinin hər zaman prioriteti olub. ”.
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya