Türkiyənin Eskişehir vilayətinin Sivrihisar rayonunda yaşayan 76 yaşlı Sait Özünegüven müasir texnologiyadan uzaq həyat tərzi ilə diqqət çəkib.

Sherg.az xəbər verir ki, evinə nə televiziya, nə də telefon alan yaşlı kişi gününün böyük hissəsini küçələrdə gəzərək keçirir. Onun ən yaxın dostu isə həmişə yanında gəzdirdiyi batareya ilə işləyən radiosudur.

Özünegüven bildirib ki, evdə oturmaqdan sıxıldığı üçün hər gün saatlarla şəhərdə gəzir, radionu dinləyir. O, televiziya və telefona ehtiyac duymadığını, yalnız radiosundan istifadə etdiyini deyib. Yaşlı kişi gündə ən azı 5 saat piyada gəzdiyini, yorulduqda isə çayxana və ya kafedə dincəldikdən sonra yoluna davam etdiyini söyləyib.