
Ayda 100 min qazanır: 60 ildir ata sənətini davam etdirir
Ayda 100 min qazanır: 60 ildir ata sənətini davam etdirir
12:28 30.06.2025
Maraqlı
421
“Bu işlə 4 övladımı universitetdə oxutdum, hamısını evləndirdim”
Türkiyənin Kilis şəhərində yaşayan dəri ayaqqabı ustası Mehmet Baysal, uşaq yaşlarında öyrəndiyi ata peşəsini 60 ildir fasiləsiz şəkildə davam etdirir.
Sherg.az xəbər verir ki, hazırda 68 yaşında olan Baysal, cəmi 7 kvadratmetrlik kiçik emalatxanasında həm dəri ayaqqabı hazırlayır, həm də təmir işləri ilə məşğuldur. O, bu işi bir sənət kimi gördüyünü deyir:
“Əgər bu sənəti sevməsəydim, burada 60 il oturmazdım. Səhər saat 07:30-da dükanımı açır, işimi sevə-sevə görürəm”.

Atası ilə birlikdə ayaqqabı istehsalı etdiklərini deyən Baysal əlavə edib:
“Atam istehsalla məşğul olurdu, mən də onun yanında bu peşəni öyrəndim. Atam dünyasını dəyişəndən sonra dəri ayaqqabı istehsalı və təmir işlərinə yönəldim. Bu dükanda sənətimi sevə-sevə davam etdirirəm”.
Zərgərlik və sənət işlərinə marağın azaldığını deyən usta bildirib ki, gənclər daha çox dövlət qulluqçusu olmaq istəyirlər:
“Şagird gəlmir, hamı məktəbə gedir. “Dövlət işçisi olacağam” deyirlər. Amma bu peşə də yaxşı qazanc gətirir. Ayda 100-150 min lirə gəlirim olur, bəzən daha da çox qazanıram. Bu işlə 4 övladımı universitetdə oxutdum, hamısını evləndirdim”.
Baysal bu sənətin ona və ailəsinə çox şey verdiyini vurğulayaraq belə deyib:
“Allah bu sənətin hörmətinə hər şeyi mənə qismət etdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol