Dünyanın ən yaxşı yemək şəhərləri açıqlandı: Napoli, Milan...QAZİANTEP
13:35 21.10.2025
Maraqlı
474
Türkiyədən iki şəhər də siyahıda yer aldı
İngiltərənin nüfuzlu qəzetlərindən “Daily Mail”, dünyanın ən yaxşı yeməklərinin təqdim olunduğu şəhərləri sıralayıb. Türkiyədən də iki şəhər ilk 30-luğa daxil olub.
Sherg.az xəbər verir ki, “Daily Mail”, məlumatlarını səyahət və qastronomiya platforması “Taste Atlas”a əsaslanan xəbərində, dünyanın ən yaxşı yeməklərinin təqdim olunduğu şəhərləri açıqlayıb.
Xəbərdə gastronomiya turizminin son illərdə sürətlə artdığına diqqət çəkilir və “Dünyanın ən yaxşı yemək şəhərləri” sıralaması yarım milyona yaxın istifadəçi rəyi əsasında müəyyən edilib.
Araşdırmada 17 minə yaxın şəhər, mətbəx mədəniyyəti, yerli ləzzətləri və qastronomik müxtəlifliyi ilə yarışıb. Siyahının başında Avropa şəhərləri diqqət çəkib.
İlk sırada pizza və makaron paytaxtı sayılan İtaliyanın Napoli şəhəri qərarlaşıb. Onu İtaliyadan Milan, Bolonya və Floransa izləyib. İlk 10-luğa həmçinin Mumbai (Hindistan), Roma, Paris, Vyana, Torino və Osaka (Yaponiya) daxil olub.
Avropa ağırlıqlı siyahının digər yerlərində isə dünyanın müxtəlif qastronomiya mərkəzləri yer alıb:
Madrid, 12. Nyu-York, 13. Cenevrə, 14. Nis, 15. Lima, 16. Cakarta, 17. Kyoto, 18. Qaziantep, 19. Ferrara, 20. Nyu-Orleans, 21. Katania, 22. Sinqapur, 23. Venesiya, 24. İstanbul, 25. Tokio, 26. San-Fransisko, 27. Lissabon, 28. Guadalaxara, 29. Çikaqo və 30. Filadelfiya.
Siyahıda Türkiyə üzrə diqqət çəkən məqam Qaziantep və İstanbulun ilk 25-likdə yer almasıdır.
Qaziantep özünəməxsus mətbəxi, UNESCO tərəfindən qeyd olunmuş ləzzətləri və ənənəvi şirniyatları ilə 18-ci sırada qərarlaşıb.
İstanbul isə müasir restoranları və çoxmədəniyyətli qastronomiya strukturu ilə 24-cü sırada yer alıb.
“Taste Atlas” qiymətləndirməsində vurğulanır:
“Bir şəhərin mətbəxi yalnız yeməklərindən deyil, tarixindən, mədəniyyətindən və insanından da izlər daşıyır.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət