Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü

İndoneziyada bir kişi qonşusunu tez-tez şəxsi həyatı haqqında soruşduğu üçün öldürüb.

Medicina.az xəbər verir ki, 45 yaşlı bir kişi qonşusunu döyərək öldürüb. Sinqapurun Straits Times qəzetinin məlumatına görə, faciə 29 iyulda Şimali Sumatrada baş verib.

Qatil Siregar Parlindungan axşam saatlarında 60 yaşlı İrianto Asgimin evinə çubuqla gəlib və onu döyməyə başlayıb. Qurban qaçmağa çalışıb, lakin Parlindungan küçədə onu tutub başına vurmağa davam edib. Səs-küyü eşidən qonşular gələnə qədər onu döyməyə davam edib. Qonşu xəstəxanaya aparılarkən ölüb.

Deyilənlərə görə, ölən şəxs hər dəfə 45 yaşlı qonşusunu görəndə niyə evlənməyib, səbəb nədir soruşaraq, müxtəlif kinayəli sözlər deyirmiş.