CIA ilə əlaqəli keçmiş tədqiqatçı Hal Puthoff ABŞ-ın araşdırdığı iddia edilən UFO qalıqlarında ən azı dörd fərqli “yadplanetli varlıq” növünün müəyyən edildiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, Pentaqonun sabiq məsləhətçilərindən olan Puthoff bildirib ki, qəza materiallarını araşdıran şəxslər müxtəlif növlərin mövcudluğunu iddia edirlər. O, məlumatları birbaşa görmədiyini, lakin əlaqədə olduğu şəxslərin buna inandığını deyib.
Bununla yanaşı, iddiaları təsdiqləyən hər hansı elmi və ya fiziki sübutun olmadığı vurğulanıb. NASA isə daha əvvəl Yer kürəsindən kənar həyatın mövcudluğunu təsdiqləyən sübut olmadığını açıqlamışdı.
Mövzu, keçmiş ABŞ kəşfiyyat zabiti David Grusçun 2023-cü ildə Konqresdə “insan mənşəli olmayan bioloji qalıqlar” barədə verdiyi ifadələrdən sonra yenidən gündəmə gəlib.