Təbiətə 400 qırqovul buraxılıb

Türkiyənin Giresun vilayətinin Bulancak rayonunda təbiətə 400 qırqovul buraxılıb.

Sherg.az xəbər verir ki, Qırqovullar Gümüşhanedəki Kelkit Qanadlı Vəhşi Heyvanların Yetişdirilməsi Stansiyasında yetişdirilib və təbii şəraitə uyğunlaşa biləcəkləri ərazilərə yerləşdirilib.

Layihənin əsas məqsədi vəhşi təbiətin və biomüxtəlifliyin qorunması ilə yanaşı, kənd təsərrüfatına ciddi zərər vuran qəhvəyi mərmər bağacığı ilə təbii yolla mübarizəyə də dəstək olmaqdır.

Bulancak Rayon Kənd Təsərrüfatı və Meşə İdarəsinin koordinasiyası ilə həyata keçirilən layihə çərçivəsində qırqovulların müxtəlif həşərat və onurğasızlarla qidalanaraq zərərvericilərin sayının azalmasına töhfə verəcəyi gözlənilir.

Qırqovulların təbiətə buraxılması yaxın həftələrdə Giresun vilayətinin digər sahilyanı rayonlarında da davam etdiriləcək.