Türkiyədə 3 yeni növ endemik gəmirici kəşf edildi

Türkiyənin Güneydoğu Anadolu Bölgəsinə aid üç yeni endemik kor siçan növü elmi ictimaiyyətə təqdim edilib.

Sherg.az xəbər verir ki, bu kəşf Niğdə Ömer Halisdemir Universiteti Fen Fakültəsi Biyoteknoloji Bölümü tərəfindən aparılan araşdırmada edilib və nəticələr "Zoologischer Anzeiger" kimi nüfuzlu jurnalda dərc olunub.

Yeni növlər aşağıdakı adlarla tanımlanıb:

N. karyominor – Hatay, Yayladağı ərazisində

N. garzenensis – Diyarbəkir, Siirt və Batman bölgələrində

N. colaki – Gaziantep və Kilis ətrafında tapılıb.

Alimlər bu növlərin hipoksik (az oksigenli) mühitə yüksək dözümlülük göstərdiyini və xərçəngə qarşı müqavimətli modellər kimi tədqiqatlarda əhəmiyyətli ola biləcəyini bildirirlər. Bu kəşf ölkənin biyomüxtəlifliyinə mühüm töhfədir.