İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) hesabatı dinlənilib. Bildirilib ki, Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 kilometr məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir.
Qeyd edilib ki, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.
Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın müzakirə olunduğu diqqətə çatdırılıb.
Müzakirələr zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya və Herseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala, Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini vurğulayıb. Bildirilib ki, 41-ci sessiyadan sonra Azərbaycan hökuməti bu tarixi məkanla bağlı ciddi işlər görüb. Bu səbəbdən də üzv dövlətin nümayəndələri faylın qəbulunu məqsədəuyğun hesab edirlər.
Azərbaycanın nümayəndəsi çıxış edərək bildirib ki, nominasiya altı ildir yerli və beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib və əraziyə dəvət olunub. ICOMOS-un tövsiyələrindən irəli gələn məsələlərlə bağlı ciddi işlər görülüb. Yeni idarəetmə strukturu formalaşdırılıb və bir sıra qərarlar qəbul olunub.
Müzakirələrdən sonra “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Sonda Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qərara görə komitə üzvlərinə təşəkkürünü bildirib.
Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salınıb
17:33 07.07.2019
Mədəniyyət
750
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürəyin “kiçik beyni”nin 3D xəritəsi hazırlanıb - ARAŞDIRMA
06:58 22.12.2024
Sağlamlıq
Suriyada silahlı qruplar birləşəcək
05:29 22.12.2024
Dünya
Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
04:07 22.12.2024
Hadisə
Suriyanın müdafiə naziri təyin edildi
03:54 22.12.2024
Dünya
Afaq Gəncəli leopard printli libas geyinib
03:17 22.12.2024
Şou
“Atletiko Madrid” səfərdə “Barselona”nı məğlub edib
01:59 22.12.2024
İdman
Rusiya Suriyada məqsədinə nail ola bilmədi - POLİTOLOQ
01:51 22.12.2024
Siyasət
ABŞ Prezidenti şatdaunun qarşısını alan qanunu imzalayıb
01:07 22.12.2024
Dünya
Almaniyada ifrat sağçıların etiraz aksiyası başlayıb
00:21 22.12.2024
Dünya
Suriya silahlı qrupları bir strukturda birləşəcək
23:21 21.12.2024
Dünya
Böyük Britaniya ABŞ-a yeni səfir təyin etdi
22:53 21.12.2024
Dünya
Lənkəranda qəza baş verib, xəsarət alanlar var
22:30 21.12.2024
İdman
ABŞ kəşfiyyatının rəhbəri Ukraynadadır
22:02 21.12.2024
Dünya
Tbilisidə növbəti etiraz aksiyası keçirilir
21:40 21.12.2024
Dünya
Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü
21:00 21.12.2024
Gündəm
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
20:48 21.12.2024
Gündəm
Lənkəranda ikimərtəbəli ev yanıb
20:37 21.12.2024
Hadisə
ABŞ həkimlərindən xəbərdarlıq: Qrip hadisələri "partladı"
20:23 21.12.2024
Sağlamlıq
Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb
20:00 21.12.2024
Dünya
Çindən ABŞ-a sərt etiraz...
18:53 21.12.2024
Dünya
Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub
18:34 21.12.2024
Gündəm
Bakı Yaxın Şərq regionunu izləyir- RƏY
18:11 21.12.2024
Siyasət