"YUNESKO-nun qəbul etdiyi hər bir irs onu ərsəyə gətirən xalqın qədimliyinin təsdiqidir”
13:21 08.07.2019
Mədəniyyət
1079
“Şəkinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınması hər bir Azərbaycan vətəndaşının ürəyindən xəbər verir”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, tarixçi-alim Fəzail İbrahimli deyib.
Analitik bildirib ki, bu qərar hər kəsi sevindirən bir uğurdur:
“Qərarın mənəvi, siyasi və tarixi tərəfləri var. Mənəvi tərəfi odur ki, Ümumdünya İrs Siyahısına daxil olan bütün tarixi yerlər toxunulmaz, müqəddəs məkan statusuna sahib olur. Onu dəyişdirmək, dağıtmaq və ya yenidən qurmaq imkansız hala çevrilir. Toxunulmazlıq ən yüksək statusdur. Tarixi tərəfi isə odur ki, Azərbaycanın zənginliyi və qədimliyi dünyada daha üst səviyyələrdə etiraf olunur. YUNESKO tərəfindən qəbul edilən hər bir tarixi məkan, mədəni irs eyni zamanda onu ərsəyə gətirən xalqın da qədimliyinin təsdiqidir”.
Deputat bildirib ki, qərar məzmun və mahiyyətcə yeni olsa da, əslində proses daha öncədən başlayıb:
“Əldə edilən uğur 10 ildən çoxdur hörmətli vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən aparılan, Azərbaycanın mədəni irsininin dünyada tanıdılması yolunda atılan ardıcıl siyasətin yekun nəticəsidir. Tariximizə belə bir baxışın formalaşması yolunda ciddi addımlar atılır. Ona görə mən də təbriklərə qoşuluram. Cənab Prezidentə və Mehriban xanıma minnətdarlığımı bildirirəm. Bütün millət bugün öz təşəkkkürünü ifadə edir”.
Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın təqdimatı – Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına salınması ilə bağlı məsələ müzakirə olunub. Müzakirə və çıxışların yekunu olaraq Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınması ilə barədə qərar qəbul olunub. Beləliklə, qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə atəş nəticəsində ölüb
22:28 23.01.2025
Hərbi
Bir ildə Azərbaycanda 375 min əməliyyat olunub
22:22 23.01.2025
Sağlamlıq
Aysunun əri boşanma xəbərini təsdiqlədi - AÇIQLAMA
22:07 23.01.2025
Şou
Almaniya “Patriot”ları Polşada
21:54 23.01.2025
Hərbi
Tramp: Ukraynadakı münaqişənin həlli tamamilə Rusiyadan asılıdır
21:34 23.01.2025
Gündəm
Latviya NATO-nun zəmanəti olmadan Ukraynaya qoşun yeritməyəcək
21:28 23.01.2025
Dünya
Hərbçilərin maaşları bu qədər artırılacaq
21:15 23.01.2025
Cəmiyyət
AL: “Qarabağ” və FCSB komandaların start heyətləri açıqlanıb
21:06 23.01.2025
İdman
Goranboyda 56 yaşlı kişi intihar edib
20:59 23.01.2025
Hadisə
"Çelsi" Qazaxıstan millisinin hücumçusunu transfer edəcək
20:51 23.01.2025
İdman
Əhməd əl-Şara: "İsraillə müharibə istəmirik"
20:43 23.01.2025
Dünya
Ceyhun Bayramov Belarus səfiri Andrey Ravkovu qəbul edib - FOTO
20:35 23.01.2025
Siyasət
Ağdamın Xıdırlı kəndinə 30 milyon manat ayrıldı
20:27 23.01.2025
Qarabağ
“Oskar” mükafatına namizədlər elan olunub
20:19 23.01.2025
Mədəniyyət
Macarıstan: "Ukrayna Aİ-nin şərtlərinə cavab vermir"
20:12 23.01.2025
Siyasət
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsinə dəyişiklik edilib
20:05 23.01.2025
Ölkə
Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib
19:58 23.01.2025
Cəmiyyət
Şamaxıda güclü qar: maşınlar yolda qaldı - VİDEO
19:51 23.01.2025
Ekologiya
ƏDV-dən azad olunan publik hüquqi şəxslərin sayı artırılıb
19:42 23.01.2025
Ölkə
Tramp Rusiya və Ukraynanın müharibədə itkilərini açıqladı
19:24 23.01.2025
Dünya
Türkiyə və Rusiya XİN başçıları telefon danışığı aparıb
19:13 23.01.2025
Region