“Hercai” serialının Reyyanı Ebru Şahin Nişantaşıda alış-veriş zamanı kameralara yaxalanıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ebru Şahin ona ünvanlanan sualları cavablandırmaqdan qaçmayıb.
O söyləyib ki, məşhurluğu həyatında heç nəyi dəyişdirməyib:
"Təbiiliyimi itirməmişəm. Bir də Mardində gərgin rejimdə çalışırıq. Ona görə həyatımda nələrin dəyişdiyinə fikir verməyimizə fürsət olmur. Normal bir işlə məşğuluq və tək fərqimiz izləyicilərə xitab etməkdir. Həyatımdan bundan başqa heç nə dəyişməyib. Həm ölkə xaricində, həm də Türkiyədə sevənlərim var. Bu, təbii ki, bizi xoşbəxt edir, güman edirəm pərəstişkarlarımız artmaqda davam edər”.