“Avroviziya”da narkotika qoxusu: İtaliyanın birinciliyi ləğv edilə bilər! - FOTOLAR

Niderlandda 65-ci müsabiqəsi keçirilmiş “Avroviziya” mahn yarışmasının finalı ilə bağlı böyük qalmaqal yaranıb.

Məlumdur ki, finalda “Zitti E Buoni” mahnısıyla İtaliyanı təmsil edən “Maneskin” rok qrupu qalib oldu. Lakin qrup  qalibiyyətlərini qeyd edərkən solistin içki şüşələrinin arxasına əyilərək nə isə qoxladığı anlar kameralara düşüb.



“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, solistin bu halı yarışmada böyük qalmaqal yaranmasına səbəb olub. Yerli media qrupun solistinin o sırada məhz uyuşdurucu maddə qoxladığını, yəni, narkotik istifadəçisi olduğunu iddia edir. Təbii ki, solist iddiaları rədd edir.

“Avroviziya” yarışmasının Münsiflər Heyəti isə iddiaların araşdırılması üçün gərəkən tədbirlərin görüləcəyini bildirib. Əgər solistin həqiqətən də səhnəyə çıxmazdan öncə və sonra narkotik maddə istifadə etdiyi təsdiqlənərsə, qalibiyətləri ləğv ediləcək.