Giley: “Yaşar Nurinin yubileyinə niyə bizi dəvət etməyiblər?!”

R.Rəhmanov Yaşar Nurinin yubileyin niyə getmədi?!
Əməkdar artist Rəhman Rəhmanov mərhum xalq artisti Yaşar Nurinin yubileyinə dəvət edilməyib. “Sherg.az” xəbər verir ki, bu barədə o, “Elgizlə İzlə” verilişində danışıb. R.Rəhmanov qeyd edib ki, istənilən yubileyə dəvət ediləndə gedir
“Y.Nuri ilə dost olmuşuq, lakin məni dəvət etməmişdilər”.

“Elgizlə İzlə” verilişinin aparıcısı Elgiz Əkbər isə  gözəl tədbir keçirildiyini bildirib:“Mədəniyyət Nazirliyi təşkil etmişdi. Nazirin özü də çıxış etdi. Yaşar müəllimin yaradıcılığı, rolları, yaşantıları nümayiş olundu. Pandemiya olmasına baxmayaraq, zalda adam çox idi. Yaşar Nurinin sənəti qarşısında mərasimdə iştirak etməyi özlərinə borc bildi. Lakin iki-üç nəfər aktyordan başqa kimisə görmədim”.

R.Rəhmanov isə cavab olaraq bunları deyib:

“Mənə pis təsir etdi. Niyə bizi dəvət etməyiblər? Biz onun dostları olmuşuq. Yaşar mənə əziz adam olub. Allah rəhmət eləsin. Ailəsi də mənim üçün əziz və doğmadır”.