Qəhr edən təsadüf! 

Filmdəki rolu kimi narkotikdən öldü

 Antaliyada, narkotikin zərərlərini izah edən “Qopdum bu həyatdan” adlı filmdə rolu gərəyi narkotikdən ölən Ayxan Akgün (19), film yayımlanmamış məhz narkotik səbəbiylə həyatını itirib. Filmin rejissoru və baş rolun ifaçısı Nihat Aslan ilə Akgünün atası rolunu oynayan Əhməd Öndeş, çox kədərli olduqlarını söyləyib.
“Şərq” Türk mediasına istinadən xəbər verir ki, hadisə, 2 həftə əvvəl, Muratpaşa mahalına bağlı Kızılsaray məhəlləsində baş verib. Ayxan Akgündən xəbər ala bilməyən yoldaşları, getdikləri evdə gəncin cansız bədəniylə qarşılaşıblar. Araşdırma zamanı Akgünün, təxminən 1 həftə əvvəl narkotikdən həyatını itirdiyi məlum olub. Akgünlə əlaqədar ağrılı-acılı gerçək isə keçən günlərdə ortaya çıxıb.

“Qopdum bu həyatdan” adlı filmdə narkotik asılısı olan gənc rolunu oynayan Akgün, senari gərəyi ailəsinə və yoldaşlarına vida məktubu yazdıqdan sonra narkotikdən həyatını itirir. Ayxan Akgünün filmdəki kimi həyatını itirməsiylə rol yoldaşları da böyük kədər yaşadı.

Filmin rejissoru və eyni zamanda baş rolun ifaçısı Nihat Aslan, pandemiya əvvəli narkotikin zərərlərinə diqqət çəkən film hazırladıqlarını ifadə edərək, "Ayxan Akgün qardaşımız da filmdə narkotik istifadə edən bir gənci canlandırırdı. Senari gərəyi gəncimiz ailəsinə və yoldaşlarına narkotikin pəncəsindən xilas ola bilmədiyini, bu səbəblə də ölümü seçdiyini ifadə edərək "qızıl vuruş" etmişdi. Pandemiyadan dolayı filmin nümayişini təxirə salmışdıq. Önümüzdəki günlərdə filmi viziona qoymaq üçün iş görərkən, bu acı xəbəri eşitdik. Sarsıldıq. Nə edəcəyimizi bilmirik. Şokdayıq. Gəncləri xəbərdar etmək üçün rol zərurəti yaşadıqlarını gerçək həyatda da yaşadı. Narkotikdən həyatını itirdi. Çox da müvəffəqiyyətli bir gənc idi" deyə danışıb.