Əməkdar incəsənət xadimi, mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyə Əkbərzadə sosial şəbəkədə paylaşım edib.
Onun feysbuk statusunda "televizorumuz yoxdur" ifadəsini yazması diqqət çəkib.
B.Əkbərzadə yazır:
"3 il öncə “Soliton”dan televizor aldıq.1 il zəmanət verdilər. 1il 2 ay keçəndən sonra televizor xarab oldu. Artıq iki ildi televizora baxmırıq. Çünki nə kabel antenasına 10 manat vermək, nə də televizoru düzəltmək istəyirik .Bir sözlə, televizorumuz yoxdur.
"Soliton"un bizə satdığı televizorun xarab olması ilə efirlərdəki biabırçılıqdan canımızı qurtardı. "Soliton"u alqışlayırıq".
"Sherg.az"olaraq, daha ətraflı məlumat almaq üçün B.Əkbərzadənin özü ilə əlaqə saxladıq.
B.Əkbərzadə televizoru düzəltməməklərinin səbəbini belə izah etdi:
"Televizorumuz var. Amma xarab olub, böyük bir yoxdur. Utancverici mahnılara qulaq asmamaq üçün düzəltdirmirik. Yutubda isə qarşıma çıxanda baxmıram.
Amma televizor elədi ki, baxmağa məcbursan. Hansı kanala çevirirsən eyni biabırçı mahnılar, müğənnilər efirdədir. Sadəcə atamın mahnıları efirdə gedəndə planşet vasitəsi ilə izləyirəm.
Televizorsuz çox gözəldir. Söhbət təkcə mahnılardan getmir, seriallar, sosial verlişlərə də baxmağa marağım yoxdur. Çünki maraqlı deyil. İnandırıcı verilişlər, seriallar olsa, göz gəzdirərəm. Amma təəssüf... Qiymətli vaxtımı boş, mənasız verlişlərə, mahnılara, seriallara sərf etmək istəmirəm.
Əgər dəyərli verlişlər, mahnılar, seriallar olsa, televizorumuzu düzəltdirərik. Hələ ki, yox. Maraqlı veriliş olanda isə tanışlar xəbər verəndə planşet vasitəsi ilə canlı seyr edirəm".