"Tamaşa bitir, pərdə bağlanır" - Sənət yoldaşları DİLƏ GƏLDİ + FOTO

Azərbaycan Respublikasının Əməkdar artisti, "Toppuş bacı" kimi tanınan Tünzalə Əliyeva uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Mədəniyyət və incəsənət xadimləri  49 yaşında dünyadan köçən aktrisa ilə bağlı sosial şəbəkədə paylaşım edib.
"Sherg.az" həmin paylaşımların bir neçəsini təqdim edir:




Aktrisa Rada Nəsibova: "Çox üzücü xəbər! Can, Tünzalə, sən nə qədər əziyyət çəkdin. Buna baxmayaraq, üzündə həmişə təbəssüm var idi. Həyat dolu idin. O dünyada yerin rahat olsun, gözəl bacım! Xatirimdə xoş anlarla qalacaqsan. Çox dəyərli idin. Allah rəhmət etsin".


Xalq artisti Naibə Allahverdiyeva: "Sabahımı çox acı xəbərlə açdım. Hansısa bir aktyor dünyasını dəyişəndə bütün ruhum məhv olur. Allah sənə rəhmət etsin, Tünzalə!".


Aktrisa Sonaxanım Əliyeva: "Heç inanmaq belə istəmirəm. Həyat dolu, mübariz insan və son. Allah sənə rəhmət etsin. Məkanın cənnət olsun".



Əməkdar artist Sənubər İsgəndərli: "Həyatla da, xəstəliklə də çox çarpışdı. Allah rəhmət etsin!".



Müğənni, bəstəkar Murad Arif: "Heyif səndən, Tünzalə. Mehriban, şirin, əziz insan. Səninlə bir pavilyonda  günlərlə "maşın" uğrunda yarışmağımız xatırlayıram. O zarafatlar, parodiyaların, dürüstlüyün, çılğınlığın heç vaxt unudulmayacaq. Sənin üçün o qədər dualar etdik...  Bütün həyatın sınaq idi, mübarizə idi. Axırda da balan üçün mələk olmağı seçdin. Çox tez idi. Tamaşa bitir, pərdə bağlanır. Rahat yat".