“Oskar” heykəlciyini qoyduğu yerlə gündəmə gəlib: Açıqlaması maraqlıdır

"Marvel" serialındakı Pepper Potts obrazı ilə yadda qalan Hollivudun məşhur adlarından biri olan Qvinet Peltrou 1999-cu ildə "Ən Yaxşı Qadın aktrisa" mükafatını qazanıb.

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, məşhur aktrisa indi də  “Oskar” heykəlciyini qoyduğu yerlə gündəmə gəlib.

Hemptonsdakı evində “Vogue” jurnalının suallarını cavablandıran aktyor bağda gəzərkən “Oskar” heykəlciyini göstərib. Diqqət çəkən məqam odur ki, aktrisa heykəlciyi  qapı çırpılmasın deyə yerə qoyduğunu bildirib.


Aktrisanın nüfuzlu Oskar heykəlciyindən bu cür istifadə etməsi bəzi dairələrin reaksiyasına səbəb olub. Peltrouya yaxın mənbələr isə "Əlbəttə ki, zarafat edirdi" deyə bildiriblər.