Yağlı boya tabloları ilə tanınan amerikalı rəssam Aleks Qrossun Atatürkü əks etdirən tablosu gündəmə gəlib.
Sherg.az xarici mediyaya istinadən xəbər verir ki, Amerika əsilli müasir rəssam Aleks Qross rəngarəng yağlı boya tabloları ilə tanınır. 55 yaşlı sənətçi iki ay əvvəl İstanbula gələndə ilk dəfə NTV-yə yeni portreti ilə bağlı müjdə verib.
Qross Atatürkün portretini İzmirdən olan bir türk kolleksiyaçının istəyi ilə çəkdiyini bildirib. Sənətçi "Atatürkün portretini hazırlayıram. Türkiyədəki dostlarım onun nə qədər önəmli olduğunu, türk xalqı və ölkəsi üçün nələr etdiyini söylədilər. Ona heyran qaldım" deyib.
Bu portret nəhayət tamamlandı.
Rəssam portretində Atatürkün şəxsiyyətinin və liderliyinin dərinliklərinə toxunmağa çalışdığını bildirib.
Özünəməxsus üslubu, təxəyyülü və montaj bacarığı ilə müxtəlif dövrlərə aid Atatürkün portretlərini çəkən Qross sosial media hesabında Atatürkün portreti ilə bağlı hisslərini paylaşıb.