Barış Mançoya Belçikada abidə  ucaldılacaq

Anadolu rok və pop musiqisinin aparıcı adlarından olan müğənni, bəstəkar, söz yazarı və televiziya proqramçısı Barış Mançoya Belçikada abidə ucaldılacaq.
Sherg.az xəbər verir ki, Barış Mançonun oğlu Doğukan Manço atasının abidəsinin Belçikanın Liege şəhərində ucaldılacağını açıqlayıb. Ustad sənətçinin oğulları Doğukan Manço və Batıkan Manço Belçikaya gedərək səlahiyyətlilərlə görüşüb.

Doğukan Manço bunları paylaşıb:

 "Bu gün Belçikada Liege bələdiyyə başçısı (Willy Demeyer) və Belçika Maliyyə Nazirliyi ilə masa arxasında oturduq. Barış Mançonun xatirəsinə ölkə içində görüləcək çalışmalar üçün aldığımız dəvətin detalları barədə təfərrüatları daha sonra sizə bildirəcəyəm."