Gül Sunal: Əsgərlərin Kamalla danışması qadağan edilib

Gül Sunal 2000-ci ildə dünyasını dəyişən əri aktyor Kamal Sunalın "Youtube" kanalında "Kemal Sunalın əsgərliyi" adlı videosu ilə hərbi xidmət xatirələrindən danışıb və komandirin əsgərlərə Kamalla danışmasını qadağan etdiyini bildirib. 


Sherg.az türk mediasına istinadən xəbər verir ki, Gül Sunal sözlərinə belə davam edib: “Kemal əvvəlcə universitetə, sonra teatra və kinoya gedərək hərbi xidmətini təxirə saldı. O, hərbi xidmətini çox gec yaşayıb. Həmişə ona deyirdim ki, mən səni oxutdurdum, hərbi xidmətə getməyə vadar etdim”, - deyə o, sözə başlayıb.


Ustad aktyorun hərbi xidmətini Ankarada etdiyini bildirən Gül Sunal, “Kamal çox sevilən aktyor idi. Əsgər yoldaşları onu mühasirəyə almışdılar. Kamal utancaq olduğundan asayişi pozmamaq üçün çox ehtiyatlı davranırdı. Komandir əsgərlərə Kamalla danışmağı da qadağan etdi. 25 günü heç kimlə danışmadan başa vurdu" deyə bildirib.

Gül Sunal əri Kamal Sunalın əsgərlik zamanı “Davaro” filmində rol aldığını da açıqlayıb:

"1981-ci ildə Kartal Tibetin rəhbərliyi ilə çəkilən film üçün xüsusi icazə alındığını bildirən Gül Sunal, “O, hərbçilərdən icazə alıb Kartal Tibetlə birlikdə Antalyada “Davaro” filmini çəkdi. Kamala film çəkdirmək üçün bir ay məzuniyyət verdilər. Ona görə də Əli ilə birlikdə onun yanına getdik və bütün çəkiliş prosesində onunla qaldıq. "Davaro" mənim ən çox sevdiyim filmlərdən biridir".