“Evdə tək” filminin ulduzu təltif olunacaq

“Evdə tək” filminin uşaq ulduzu Makoley Kalkin Hollivudun məşhur Şöhrət Xiyabanında təltif olunacaq.

Sherg.az xəbər verir ki, “Evdə tək” və “Evdə tək 2” filmlərində rol alan aktyor bu ulduzu alan 2765-ci şəxs olacaq.

Mərasimdə "Evdə tək" filmində anası rolunu oynayan Ketrin O'Hara da iştirak edəcək.