"“Əsrə bərabər gün”. Möhtəşəm tamaşa. Teatr ölməyib, yaşayır. Məzhəkələrinizi, əyləncələrinizi bir kənara buraxıb Milli Akademik Teatrda bu tamaşaya hökmən baxın".
Sherg.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Qəzənfəroğlu bildirib. Millət vəkili daha sonra qeyd edir: "Bu gün Vətənimizdə İranın, Ərəbistanın, Avropanın, Amerikanın, Rusiyanın hazırladığı bütün manqurtları bu tamaşada görəcəksiniz, tanıyacaqsınız. Dahi Çingiz Aytmatovun bu əsərini anlamlı səhnələşdirən və Azərbaycana qazandıran Mehriban xanım Ələkbərzadəyə dolu-dolu təşəkkürlər. Aktyor oyunu, rəssam işi, musiqi və balaca övladlarımızın səhnə performansı yüksək səviyyədə. Dostları da görmək ayrıca zövq idi".