Murat Boz "Beşiktaş"ın qurucusunu canlandırıb

Məşhur müğənni Murat Boz "Bir tavırdır Beşiktaş" adlı qısametrajlı filmdə rol alıb. 
Sherg.az xəbər verir ki, Boz filmdə “Beşiktaş”ın qurucularından Mirliva Muhittin bəyi canlandırıb.   



Muhittin Akyüz Beşiktaş Osmanlı Gimnastika Klubunun qurucuları arasında olub. BJK üçün ilk qeydiyyat əmrini verən şəxs Akyüz olub.
Boz qısametrajlı filmdən kadrları sosial media hesabında yayımlayıb.

Klubun yaranma dövründən bəhs edən filmdə baş rolu Boz canlandırıb.