"Pianoçu" filminin Oskar mükafatlı aktyoru Adrien Brody İstanbulda film çəkəcək.
Sherg.az xəbər verir ki, Roman Polanskinin "Pianoçu" (2002) filmindəki roluna görə "Ən yaxşı kişi rolu" Oskarını qazanan aktyor Adrien Brodi yeni filmi üçün Türkiyəyə gəlir. Aktyor ABŞ-Türkiyə birgə istehsalı olan “Qızımın dostu” filmində rol alacaq. Aktyoru filmdə Nikki Uilan müşayiət edəcək.
Filmin aktyor heyətinə Leneya Qreys, Şima Rayan və türkiyəli aktrisa Duyqu Mercan daxildir. Rejissoru Ojan Missaghi olan film gənc model Lolanın şöhrət və var-dövlət arzularının arxasınca düşdüyü təcrübələrdən bəhs edəcək.
İstanbulda çəkiləcək filmin çəkilişləri Qalata Qülləsi, Yerebatan Sarnıcı, Topqapı Sarayı, Kapalıçarşı kimi tarixi məkanlarda aparılacaq. Çəkilişləri oktyabrda başlayacaq psixoloji triller filminin 2025-ci ildə nümayişi planlaşdırılır.