"Gözəl qadın", "İlk qorxu" və "Haçi: Bir itin hekayəsi" kimi filmləri ilə tanınan məşhur aktyoru Riçard Gere illər sonra "Agentlik" serialı ilə ekranlara qayıdacaq.
Sherg.az xəbər verir ki, serialda aktyoru “Prometey”in ulduzu Maykl Fassbender müşayiət edəcək. Ötən günlərdə Cefri Raytın seriala daxil olduğu bildirilib.
Gere serialda "Bosko" adlı obrazı canlandıracaq. Gere daha əvvəl 8 il gizli işləyən agenti canlandıracaq.
Richard Gere oynadığı hər bir rola dərinlik və orijinallıq gətirməkdə qeyri-adi bacarığına görə bütün dünyada pərəstişkarları tərəfindən sevilir.
O, daha çox "Bir zabit və bir centlmen", "Amerikan Giqolosu", "Gözəl qadın", "İlkin qorxu" və "Çikaqo" kimi filmlərdəki baş rolları ilə tanınır.
Həm "Zabit və bir centlmen", həm də "Gözəl qadın" filmləri ilə "Qızıl Qlobus" nominasiyasını alan aktyor "Çikaqo" filmindəki işinə görə də "Qızıl Qlobus"a layiq görülüb.