Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqlanıb.
Bu barədə "Sherg.az" a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin may ayında ARKA post-prodakşn mərhələsində olan film layihələrinin tamamlanma işlərinin dəstəklənməsi üzrə müsabiqə elan etmişdi. Ölkədə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsi məqsədi ilə həyata keçirilən müsabiqə yekunlaşdı. Tammetrajlı bədii və sənədli, qısametrajlı bədii, sənədli və animasiya filmləri kateqoriyasında keçirilən müsabiqəyə ümumilikdə 9 layihə müraciət edib. Bədii Şura tərəfindən dəyərləndirilən 6 layihəyə dövlət dəstəyi verilməsi qərara alınıb.
“Dünyada bir gün qısametrajlı” bədii filmi, rejissor Nurlan Həsənli, "Rental Azərbaycan” MMC
“Yaddaş sarayları” qısametrajlı sənədli filmi, rejissor Mətləb Muxtarov, "Rental Azərbaycan” MMC
“Geri dönüş” tammetrajlı sənədli filmi, rejissor Elməddin Alıyev, “Karvan Production” MMC
“Səssiz zaman” tammetrajlı bədii filmi, rejissor Tahir Tahiroviç, "Nova Gorica Kino Mərkəzi" MMC
“Alovun kölgələri” qısametrajlı bədii filmi, rejissor Elvin Paşa, "Chinar Film" MMC
“Qara pişik, ağ şanı” tammetrajlı sənədli filmi, rejissor Ələmdar Faiq, "Chinar Film" MMC
“Tərsinə kölgələr” qısametrajlı bədii filmi, rejissor Hacı Səfərov, "Chinar Film" MMC
"Dream Big Company" MMC “Pozğun” qısametrajlı bədii filmi, rejissor Elvin Abdullayev
“Sən haralısan, durna?” tammetrajlı bədii-sənədli filmi , rejissor İlkin Yusif “Bumeranqfilm" MMC
Qeyd edək ki, ölkədə ilk dəfədir post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi keçirilir. Azərbaycan Respublikası Kino Agentliyi film layihələrinə dövlət dəstəyi məqsədi ilə il boyu müsabiqələr keçirməyə davam edəcək.