Ürək damarında tıxanma diaqnozu qoyulan İbrahim Tatlısəs əvvəlcə anju olunub, daha sonra 2,5 saat davam edən əməliyyatla ürək qapağı dəyişdirilib. Ustad sənətçinin əməliyyatdan sonrakı ilk görüntüsü ortaya çıxıb!
Sherg.az xəbər verir ki, ötən gün Harbiye Cəmil Topuzlu Açıq Hava Teatrında konsert verən İbrahim Tatlısəs ağır əməliyyat olacağını açıqlayıb və üzr istəyib: Ürək qapağım dəyişdiriləcək. Haqqlarınızı bağışlayın və dualarınızı unutmayın.
Sherg.az xəbər verir ki, məşhur sənətçi dünən səhər saatlarında Ayazağa Liv Hospitalda əməliyyat olunub. Tıxanmış iki damarı açılan Tatlısəs reanimasiyadan çıxarılaraq normal otağa aparılıb.
Hülya Avşar ürəyindən əməliyyat olunan İbrahim Tatlısəsin ziyarətinə gəlib. Ahmet Tatlısəslə xəstəxanadan çıxdıqdan sonra sualları cavablandıran məşhur müğənni bunları deyib: "İbrahim bəyə təşəkkür edirəm, həmişə gözəl sözlər deyir, amma mən utanıram vallah. Bunlar aramızda olan şeylərdir. İçidən gəlir, deyir, sağ olsun. Görüntülü aradı məni İbrahim bəy əməliyyatdan sonra Bomba kimi idi, çox yaxşıdı".
Tatlısəsin ailəsi və dostları onu xəstəxanada tək qoymayıb. Ziyarətçilər arasında olan Erol Köse sənətçi ilə xatirə şəkli çəkdirib. İbrahim Tatlısəsin bir neçə gün sonra evə buraxılacağı öyrənilib.
Erol Köse İbrahim Tatlısəsi ziyarət edərkən özünü də yoxlatdığını və infarktdan xilas olduğunu açıqlayıb: “Anu olundum və stent qoyuldu. Əvvəlcə Allaha, sonra Tatlısəs və Prof. Dr. “Mehmet Yazıcıoğluna təşəkkür edirəm”.