“Xosrov və Şirin” fars ədəbiyyatındakı bütün sevgi hekayələrindən daha gözəldir. Bu əsər İran şahının “erməni şahzadəsi”nə sevgisindən bəhs edir.
Kult.az xəbər verir ki, bu sözləri İran parlamentinin Kitabxana nəşrlərinin direktoru Ehsanullah Şükrallahi Ermənistanda fars dili tədris olunan məktəblərin müəllim heyəti ilə görüşündə deyib.
O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərini təhrif edərək, poemanın qəhrəmanı Şirini erməniləşdirməyə çalışıb.
Qeyd edək ki, əsərdə Nizami Şirini Bərdə şahzadəsi və ya ərmən hökmdarı kimi qələmə alıb.