
Ölkəmizə miqrant axını risk faktorlarıdır - POLİTOLOQ
Yusif Nəzərli
00:06 21.02.2025
Siyasət
415
İrana beynəlxalq koalisiyanın müdaxiləsi və ya başqa ölkə ilə total müharibəyə girməsi Bakının maraqlarına uyğun deyil
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfər edib. Səfər çərçivəsində İsrail Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, regional proseslər müzakirə edilib. H.Hacıyevin indiki məqamda İsrailə səfər etməsi diqqət çəkir. Digər mühüm məqam onun Netanyahu ilə regional hadisələri müzakirə etməsidir.
İsrailin ciddi bir prosesə hazırlaşdığını vurğulayan politoloq Turan Rzayev “Sherg.az”a açıqlamasında deyib ki, Təl-Əviv-Vaşinqton diplomatik təmasları, Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək istəməsi də bunu deməyə əsas verir:

“Bakı isə prosesləri müşahidə edir, risk faktorlarını dəyərləndirir. İndiki məqamda İranla İsrail arasında gərginliyin olması, ya da sərhədyanı bir ölkənin total müharibəyə girməsi Bakının maraqlarına uyğun deyil. Bakı İran-İsrail gərginliyinin hazırkı mərhələsində tərəflərin bir-birinə yanaşmasını və Təl-Əvivin atacağı addımları müəyyən etməyə çalışır. Təsadüfi deyil ki, H.Hacıyev İsrailə, Azərbaycan Baş naziri Əli Əsədov İrana səfər edib. Azərbaycan rəsmilərinin son zamanlar İrana səfərləri artıb. Bu, böyük ölçüdə iki ölkə arasında gərginliyin aradan qaldırılıb münasibətlərin normallaşmasına hesablansa da, görünür, həm də İsrail-İran gərginliyi, bunun regiona, xüsusilə ölkəmizə təsiri ilə bağlıdır. Bakı Türkiyə-İsrail arasında yaratdığı diplomatik təmasları indi İran-İsrail arasında yaratmağa cəhd edə bilərmi? Bu, mümkün versiyalardan biridir. Gərginliyin artmaması, tərəflər arasında münasibətlərin əvvəlki vəziyyətinə qaytarılması üçün cəhdlər ola bilər”.
T. Rzayev hesab edir, Təl-Əviv Tehranın üzləşdiyi mövcud vəziyyəti tarixi fürsət olaraq görür:
“Əvvəllər də dediyim kimi, İsrailin əsas hədəfi İranı gərginliyə çəkib, daha sonra İraqdakı kimi beynəlxalq koalisiyanın müdaxiləsini təmin etməkdir. ABŞ total müharibədə maraqlı olmasa da, prosesdən kənarda qala bilməz. İrana beynəlxalq koalisiyanın müdaxiləsi və ya başqa ölkə ilə total müharibəyə girməsi Bakının maraqlarına uyğun deyil. Çünki İrandan miqrant axını və digər məsələlər risk faktorlarıdır. Bakı bütün bunlardan yayınmaq üçün tərəflər arasında həm diplomatik təmaslar qurur, həm də vəziyyəti dəyərləndirir. Azərbaycan yenə də qlobal və regional prosesdə dövlət maraqları çərçivəsində düzgün siyasət yürüdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol