Azər Paşa Nemətov: “2020-ci il üçün Akademik Milli Dram Teatrının planları böyükdür”
İsmayıl Qocayev
08:09 25.01.2020
Mədəniyyət
1164
“2020-ci il üçün Akademik Milli Dram Teatrının qastrol və festivallarla bağlı planları böyükdür. Bizə bir neçə ölkədən dəvət var”. Bunu Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib. Onun sözlərinə görə, artıq qastrol səfərləri ilə bağlı ilkin danışıqlar aparılıb:
“Bu günlərdə Gürcüstanın Milli Teatr Günü ilə əlaqədar qonşu ölkədə bir neçə görüş keçirdim. Gürcü teatr ictimaiyyətinin Akademik Milli Dram Teatrına böyük marağı var. Kutaisi, Tbilisi və digər şəhərlərdə olan teatrlar bizi qastrola dəvət edirlər. Gürcüstanın dünyada tanınmış teatr rejissoru Robert Sturua ilə çox gözəl münasibətimiz var. Bu münasibətin və dostluğun tarixi 40 ilə yaxındır. Məhz onun və digər dostlarımızın dəvəti ilə qonşu ölkənin teatrsevərləri üçün tamaşalar oynayacağıq”.
Xalq artisti Azər Paşa Nemətov əlavə edib ki, rəhbərlik etdiyi kollektiv 2020-ci ildə Daşkənddə və Türkiyədə olan festivallarda da iştirak edəcək:
“Hər iki ölkə ilə danışıqlar aparılır. Yaxın vaxtlarda konkret addımlar atılacaq. 2019-cu ilin oktyabr ayında Akademik Milli Dram Teatrına dövlət statusunun verilməsinin 100 illiyi cənab prezidentimiz İlham Əliyevin imzaladığı Sərəncam əsasında təntənə ilə qeyd olundu. Ölkəmizin başçısının digər Sərəncamı ilə teatrımızın aktyorları fəxrli adlarla təltif olundu. Bu, cənab prezidentimiz tərəfindən bizə olan böyük etimadın bariz nümunəsidir və bir daha ölkə başçımıza təşəkkürümü bildirirəm. Məhz 100 illik yubileylə əlaqədar istər beynəlxalq, istərsə də yerli qastrollarla bağlı planlarımız böyükdür. Eyni zamanda ötən il olduğu kimi bu il də yeni premyeralarla tamaşaçılarımızı sevindərəcəyik. İstər dünya, istərsə də Azərbaycan dramaturgiyasından olan əsərlər əsasında hazırlanan tamaşalar teatrımızın səhnəsində oynanılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm