Kanal D-də yayımlanan "Daha 17" serialının son bölümü emosional səhnələri ilə tamaşaçıların diqqətini çəkib.
Sherg.az xəbər verir ki, bölümdə uşaq evini qorumağa çalışan Aras və dostlarının mübarizəsi fonunda valideynlərini itirmiş balaca Cəfərin yemək növbəsində göz yaşlarına hakim ola bilmədiyi səhnə sosial şəbəkələrdə geniş müzakirə olunub.

Aras və digər uşaqların Cəfərə dəstək olduğu təsirli səhnə izləyicilər tərəfindən yüksək qiymətləndirilib. Sosial şəbəkələrdə minlərlə istifadəçi balaca aktyorun ifasını alqışlayaraq səhnənin onları kövrəltdiyini yazıb.
Serial son bölümü ilə reytinqlərdə də günün ən çox izlənilən televiziya layihəsi olub.