“Balaca şəhzadə”nin premyerası keçirildi
Yusif Nəzərli
13:31 25.04.2023
Mədəniyyət
784
Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində fransız yazıçısı Antuan De Sent-Ekzüperinin dünyaca məhşur “Balaca şəhzadə” əsəri əsasında hazırlanan “O, mənimdir...” tamaşasının premyerası keçirilib.
"Sherg.az"a teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnləşdirilməsi və tərcüməsi mərhum sənətkar Vaqif İbrahimoğluna məxsus tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, geyim rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımov, rejissor köməkçiləri Cavid Baba, Tohid Əzimdir.
“Bir hissəli fantaziya” janrında hazırlanmış tamaşanda obrazları Cavid Baba, Məleykə Cəfərova , Tohid Əzim, Elçin Əmirov, Tunar Əlizadə və Elnur Tağıyev adlı gənc aktyorlar ifa edirlər.
Səhnə əsəri təyyarəçinin nasaz təyyarəni əlacsızlıqdan Saxara səhrasına endirməsi ilə başlayır. O, burada gözləmədiyi anda qəribə bir oğlanla - Balaca şahzadə ilə rastlaşır. Məlum olur ki, həmin oğlan bura başqa bir planetdən gəlib. Şahzadə dərdini azaltmaq, dost tapmaq və yeni şeylər öyrənmək üçün səyahət etmək qərarına gəlir. Yaşadığı planetdə isə onu gizli duyğularla sevən Qızılgül adlı biri olur. O, balaca şahzadəyə olan sevgisini ifadə etməkdə çətinlik çəkən və buna görə də onu özündən uzaqlaşdıran nazlı çiçəkdir. Qızılgül o zaman sevgisini dilə gətirir ki, şahzadə onun əlindən təngə gəlib səyahətə çıxmaq istəyir. O, səfər etdiyi hər planetdə müxtəlif varlıqlarla - Kral, Şöhrətpərəst, Əyyaş, Fənərçi, Tülkü və s. ilə qarşılaşır.
Xatırladaq ki, fransalı yazıçının əsas peşəsi təyyarəçilik olub. Müəllifin bu əsəri məhz şəxsi həyat yolu əsasında yaranıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol