Türkiyənin məşhur sənətçisi Bülənt Ərsoy Kuşadasında konsertə təxminən 1,5 saat gecikdiyi üçün ona irad bildirən tamaşaçıya “Rədd ol get” deməsi ilə gündəmə gəlib.
Sherg.az xəbər verir ki, Ərsoy hadisə ilə bağlı açıqlamasında səhhətində ciddi problem olduğunu, konsertdən əvvəl üç paket serum qəbul etdiyini və həkim nəzarətində olduğunu bildirib. O, tamaşaçıya cavabını müdafiə edərək bunun hörmətsizlik deyil, “həddini bilməyənə həddini bildirmək” olduğunu deyib.