Deputatlar hansı müğənniləri dinləyirlər? - SORĞU: Maraqlı cavablar var
Yusif Sultanoğlu
10:55 01.05.2021
Mədəniyyət
967
Deyirlər, “Musiqi ruhun qidasıdır”. Doğrudur. Həyatın keşməkeşli, çətin günlərində nə vaxt yorulsaq, kədərlənsək, musiqiyə sığınırıq. Elə sevincli olanda da həmin ünvana üz tuturuq. Gah həzin, gah şən nəğmələrlə estetik zövqümüzü oxşayır, cismimizi dincəldirik. Şübhəsiz, hər birimizin fərqli zövqü var. Hərə öz aləminə uyğun janrda mahnılar dinləyir, yaxud da hansısa bir müğənniyə pərəstiş edir. Lakin bəzi sahələrin nümayəndələri var ki, onların zövqləri, nə sevdikləri, hansı sənətçiyə heyran olduqları xususilə maraqlıdır. Onların sırasında millət vəkillərimiz də var. Daim deputatlardan cəmiyyətlə əlaqəli mövzularda, yaxud da siyasi məsələlərdə danışmaqlarını istəmişik.
Bu dəfə isə özlərindən bəhs etmələri üçün bir neçə millət vəkili ilə əlaqə saxladıq. Soruşduq ki, ən çox dinlədiyiniz və sevdiyiniz müğənni, yaxud da xanəndə kimdir? Hansı janrda mahnıları bəyənirsiniz?
Əvvəlcə “Şərq”in suallarını millət vəkili Elman Məmmədov cavablandırdı. Elman müəllim Azərbaycan muğamının və ifaçılarının vurğunu olduğunu söyləyib:
“Çox dinləyirəm. Məndə onların hamısının səs yazıları, diskləri, keçmişdən qalma kasetləri var. Hansını dinləmək istədiyi isə insanın o anki durumuna baxır. Lap qədimlərdən bu günə qədər bütün muğam ifaçılarımız sevilməli və dəyərləndirilməlidir. Hazırda əsl xanəndə adını daşıyanlardan Mənsum İbrahimovu, Nəzakət Teymurovanı, Mələkxanım Əyyubovanı dinləyirəm. Mərhum sənətkarlardan Şövkət Ələkbərovaya, Fatma Mehrəliyevaya, Sara Qədimovaya qulaq asıram. Xan Şuşinski karifeydir, onu hər zaman sevirik. Məsələn, Yaqub Məmmədov kimi dahi sənətkarı və başqalarının ifalarını da bəyənirəm. Azərbaycan musiqisini, xüsusilə də muğamlarımızı çox sevirəm”.
Deputat Elman Nəsirov uşaqlıqdan Ağadadaş Ağayevin nəğmələrindən zövq aldığını deyib:
“Yalçın Rzazadənin mahnılarını çox sevirəm. Onun səsindəki titrəyiş mənə zövq verirdi. Fərqli səs tonu var idi. Allah rəhmət eləsin. Flora Kərimovanın ifaları mənə həmişə xoş təsir bağışlayıb, qulaqlarıma hopub. Onun “Bağışla” mahnısına uşaqlıqdan heyranam. O zamanlar Azərbaycan Firəngiz Mütəllimova adlı bir aktrisanı yeni kəşf edirdi .”Səni atxarıram” televiziya tamaşasında Firəngiz Mütəllimova və dəyərli sənətkarımız Yaşar Nuri rol alırdı. Orada Flora xanımın həmin mahnısı səslənirdi”.
Deputat Cavid Osmanov Xalq artisti Arif Babayevi çox dinlədiyini xüsusi vurğulayıb:
“Ən çox o xoşuma gəlir. Başqa... Röyanın mahnıları da yaxşıdır. Ona da qulaq asıram”.
Millət vəkili Fazil Mustafa deyib ki, birdən çox xanəndənin yaradıcılığını bəyənir: “Hər birinin gözəl nəğmələrini dinləyirəm. Seçim çox çətindir. Bir xeyli yaxşı səsi olan müğənnimiz də var. Fərq qoymaqda çətinlik çəkirəm. Məsələn, Şövkət Ələkbərovanı, Nərminə Məmmədovanı, sonra Rəşid Behbudovun ifalarına qulaq asıram. Xüsusilə də R.Behbudovun “Lalələr” mahnısını çox sevirəm”.
Deputat Aqil Abbas lakonik, lakin maraqlı cavab verdi: “Qədir Rüstəmov”.
Sonra Aqil müəllimdən gənc müğənni, yaxud da xanəndələrdən kimi bəyənib, dinlədiyini soruşdum. Onun cavabı isə olduqca tutarlı oldu:
“Qədir həmişə gəncdir və müasirdir”.
Millət vəkili Razi Nurullayev isə daha çox klassik musiqiyə bağlı olduğunu bildirib:
“Opera musiqisini çox sevirəm. Teatrlar açıq olanda tez-tez tamaşalara və operalara gedirdim. İndi də onlayn dinləyirəm və internet üzərindən izləyirəm. Jüzeppe Verdinin bütün operalarına baxmışam və dinləmişəm. Öz musiqimizi də çox sevirəm. İmkan olduqca qarşıma çıxan, xoşuma gələn müğənnilərimizi də məmnuniyyətlə dinləyirəm. Muğamı da sevirəm. Son bir ayda ən çox Mətanət Əsədovanın oxuduğu "Qədrini kim bilər" segahını dinləmişəm. Sözləri Telli Pənahqızınındır. Sənət adamları içində dostlarım var, onlara rəğbətlə yanaşıram. Hərdən görürəm ki, sənət adamlarının üstünə gedirlər, buna üzülürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol
Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi
20:30 04.05.2026
Dünya
İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır
19:59 04.05.2026
Rəsmi