“Əli və Nino” əsəri ilə bağlı gerçəklər ortaya çıxdı - FAKTLAR (VİDEO)
18:34 28.03.2021
Mədəniyyət
684
AZTV-də yayımlanan “Yüz ilin adamları” verilişinin budəfəki buraxılışı dünyaca məşhur, Qurban Səid imzası ilə tanınan bakılı yazıçı Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığından bəhs edir.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, martın 28-i saat 22:00-da efirə gedəcək verilişdə Bakıda böyüyən Əsəd bəyin mühacirət həyatı, qalmaqallı və sirlərlə dolu ömür yolundan danışılır.
Çəkiliş qrupu yazıçının ömrünün son 4 ilini keçirtdiyi İtaliyanın Pozitano şəhərində olarkən şəxsi mənzilindəki arxivini, həmçinin yaxınlıqda yerləşən məzarını lentə almağa nail olublar. Bununla yanaşı, Almaniyanın Berlin, Frankfurt və Köln şəhərlərində tədqiqatçılarla görüşüb, Berlindəki evini də ziyarət ediblər.
Verilişdə tədqiqatçılar Qurban Səidin müəllif hüquqlarının pozulduğu, mənimsənilməsinə cəhd edilən əsərlərindən söz açaraq sübutlar təqdim ediblər. Yaradıcı heyətin Avropa və Amerika arxivlərindən əldə etdiyi faktlar sayəsində isə Məhəmməd Əsəd bəyin Qurban Səid imzası ilə yazdığı və eyni zamanda “Əli və Nino” əsəri ilə bağlı doğrular aşkara çıxıb.
Müəllif-aparıcı Hüseyn Cavadzadə verilişlə bağlı açıqlamasında bildirib ki, Qurban Səid məsələsi onun üçün ən həssas və yaralı mövzulardan biridir: “Hələ magistraturada oxuyarkən onun həyat və yaradıcılığını elmi iş kimi araşdırıb təqdim etmək istəsəm də, mümkün olmadı. Elmi rəhbərim, Qurban Səid mövzusunun araşdırmaçısı professor Həsən Quliyev mənə dəstək olmağa çalışsa da, icazə verilmədi. Amma 15 il sonra daha geniş formatda, sübutlarla, sənədlərlə Qurban Səid mövzusunu işlədim. Sözsüz ki, Qurban Səid imzasının Çəmənzəminli, yoxsa Məhəmməd Əsəd bəyə aid olması ilə bağlı apardığım araşdırma və fikirlər də verilişdə öz əksini tapıb”.
Qeyd edək ki, veriliş Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol