II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində növbəti tədbir baş tutub
Yusif Nəzərli
19:00 15.10.2021
Mədəniyyət
589
Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan Milli Konservatoriyasında Klassik Milli Vokal İfaları təqdim olunub.
"Report" xəbər verir ki, konsert proqramında Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbə heyəti çıxış edib.
Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Anar Şuşalı, Əməkdar artist Zenfira İsmayılova, Əməkdar artist Əliəhməd İbrahimov, Taleh Yəhyayev, Nihad Orucov (müəllim Azər Zeynalov), Səma Həmzəyeva (müəllim Zenfira İsmayılova), Cəlal Məlikli (müəllim Əliəhməd İbrahimov), Nərminə Quliyeva (müəllim Anar Şuşalı), Zeynəb Hüseynova (müəllim Zenfira İsmayılova), Günel Hacıyeva (müəllim Gülnaz İsmayılova), Emin Hüseynov (müəllim Azər Zeynalov) və Ülkər Quliyeva (müəllim Gülnaz İsmayılova) konsert proqramında dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Cüzeppe Verdi, Volfqanq Amadey Motsart, Andrea Falkonyer, C.Puççini, A.Vivaldi, Luici Arditi, C.Bononçini, Jorj Bize, Coakkino Rossini, C.Perqolezi və başqalarının əsərlərini səsləndiriblər.
Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Sonda bütün solistlər səhnədə xatirə şəkilləri çəkdiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz