İstanbulda naşirlər həftəsi
Yusif Nəzərli
11:41 11.03.2022
Mədəniyyət
800
7-11 Mart tarixlərində Türkiyənin İstanbul şəhərində “İstanbul Beynəlxalq Yayımcılıq həftəsi” düzənləndi. Bir çox ölkənin iştirak etdiyi bu proqramda Azərbaycanı “Qanun”, “Qədim Qala”, “Ağıllı bala”, “Hədəf” nəşriyyatları təmsil edirdi. Beynəlxalq ədəbi tərcümə, yayımcılıq fikir maratonu, beynəlxalq İstanbul yayımcılıq professional görüşmələri, Macar Mədəniyyət Mərkəzi kitabxanasının açılışı və beynəlxalq yayımcılıq həftəsi Qala gecəsi proqramın əsasını təşkil edirdi.
Qala gecəsində çıxış edən Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy belə proqramların keçirilməsinin həm naşirlər, kitabsevərlər, həm də mədəniyyətin inkişafı üçün böyük əhəmiyyət daşıdığını vurğuladı. Nazir bildirdi ki, “Divani-i Lüğəti-Türk”, “Kutatğu Bigi” , “Divani Hikmət” kimi ədəbi irsimiz, həmşinin bu gün bir çox başqa dillərə, həm də Türkcəyə çevrilən hər bir əsər gələcək nəsillər üçün böyük töhfədir. O həmçinin qeyd etdi ki; “Biz uşaqlarımıza müəllifə, əsərə və nəşriyyata aid dəyərləri öyrətməyə borcluyuq. Bu telefon və ya kompüter ekranından öyrəniləcək bir şey deyil, çox gec olmadan uşaqlarımızın əlinə telefon deyil, kitab verməliyik, onların daha parlaq gələcəyi üçün onlara yol göstərməyə başlamalıyıq”.
Qala gecəsində mükafat alanlar içərisində tanınmış Macar tərcüməçisi Edit Taşnadi, Ukraynadakı savaş səbəbiylə proqrama qatıla bilməyən Ukraynanın “Alemak” nəşriyyatı (mükafatı Türkiyəli həmkarı aldı) və Gürcüstanın “Academic-Press” nəşriyyatı adna Gürcüstanın “Nəşriyyatlar və Kitabçılar Assosiasiyası”nın vitse prezidenti Gvantsa Jobava (mükafatını alarkən Ukraynlı həmkarlarına həsr etdiyini və bu savaşın bir an öncə durdurulmasını diləyərək “Yaşasın Ukrayna!” dedi) da vardı. Qeyd edim ki, 100 min lirə mükafat alan birinci yein sahibi Makedoniyanın “Logos-A” yayımevi oldu.
Tədbirdə bir sıra dövlət rəsmiləri, Türkiyənin taninmiş taixçisi İlbər Ortaylı, mədəniyyət və sənət adamları iştirak edirdi.
Yaqut Misirxanlı
İstanbuldan xüsuslə “Şərq” qəzeti üçün
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət
Azərbaycanda 1 əsrlik rekord qırıldı
17:14 28.03.2026
Ekologiya