"Kimsə deyə bilməz ki, mənə bir manat kömək edib" -
Xalq artisti müalicə xərclərini özü qarşılayır
İsmayıl Qocayev
21:48 20.12.2019
Mədəniyyət
794
Tarzən, Xalq artisti Ceyran Haşımova xəstəxanadan buraxılıb, müalicəsini evdə davam etdirir. «Şərq»ə açıqlama verən Xalq artisti hazırda özünü qismən yaxşı hiss etdiyini bildirib: «Evə buraxılmışam. Nəvələrim gəlib baş çəkir. Müalicələrim də davam edir».
Ceyran xanım xəstəxanaya ona baş çəkməyə gələn sənətçilərdən də danışıb. Bir az da gileyini gizlətmədi:
«Xəstəxanaya ancaq öz qızlarım - yəni Lalə qızlar ansamblından olan sənətçilər gəliblər. Rəhilə Bəndəliyeva, Təranə Vəlizadə. İndiki müğənnilərdən isə nə zəng edib halımı soruşan olub, nə də xəstəxanaya baş çəkməyə gələn. Bircə gənc sənətçi Humay Qədimovanı çıxmaq şərti ilə gənclərdən kimsə maraqlanmayıb. Humay sağ olsun, gəlib baş çəkdi. Əslində heç kimdən heç nə ummuram da, gözləmirəm də. İndi elə bir zamana gəlib çıxmışıq ki, adamın doğmaları halını soruşmur, qaldı ki yad-biganə xəstəxanaya gəlsin. Mən heç kimdən nəsə ummuram. Azdı, çoxdu müalicələrimi də özüm etdirirəm. Kimsə deyə bilməz ki, mənə bir manat kömək edib. Müalicələrimi də öz hesabıma edirəm. Yenə mətbuat sağ olsun ki, mənimlə maraqlanır».
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm