Könül Xasıyeva: "Xəstəliyimlə dil tapmağa çalışıram"
İsmayıl Qocayev
10:00 29.10.2019
Mədəniyyət
809
Xalq artisti, xanəndə Könül Xasıyeva solo-konsertə hazırlaşır. Bir müddət xəstəliyi ilə əlaqədar efirdən, səhnədən uzaq düşən, hətta depressiyada olan xanəndə müalicələrdən sonra səhnə fəaliyyətini inkişaf etdirməyə qərar verib: «Şərq»ə solo-konserti barədə açıqlama verən xanəndə zamanla vuruşduğunu dilə gətirdi:
«Mən həyatın çətinliklərini görən insanam. İnsanın canı ağrıyanda əlini dünya malından üzür. Mənim həyatımın elə məqamları olub ki, mal-mülk gözümə görünməyib. Allah bəndəsi bu həyata həm də ona görə gəlir ki, yaşasın, yaratsın. Mən də yaratmaq eşqi ilə yaşayıram. Bilmirəm, fələk mənə nə qədər möhlət verər. Amma istəyirəm sağ olduğum hər gün üçün şükür edərək dövlətimə, millətimə xidmət edim. Səhnə mənim üçün müqəddəs bir məkandır. Mən həyatımı səhnəsiz təsəvvür belə etmək istəmirəm.
Ona görə də gücüm yetdiyi qədər səhnədə olmaq üçün çalışıram. Solo-konsert proqramına hazırlaşıram. Heydər Əliyev adına Sarayda növbəti solo-konsertimi gerçəkləşdirmək ərəfəsindəyəm. İnşallah ki, konsertim anşlaqla keçər". Xanəndə konsert ərəfəsində duyğusal olduğunu da dilə gətirdi: «İllər insanı duyğusal edir. Bu gün həm sənətkar olaraq üzərimdə məsuliyyət var, həm də ana olaraq öhdəliklərim. Amma analıq duyğularım, hisslərim sənətimin də qarşısına keçib. Oğlum Kazımın salamat olmağını, sağlam həyat tərzi yaşamasını istəyirəm. Bilirsiniz ki, uzun müddətdir oğlum ağır xəstəlikdən əziyyət çəkir. Bu da bir ana olaraq məni narahat edir. Amma yenə də Allahıma güvənirəm. Oğlum musiqiyə, incəsənətə və idmana bağlı biridir. Bilmirəm, gələcəkdə kim olacaq, ancaq bir onu bilirəm ki, vətənpərvər oğuldu, millətini sevən uşaqdı. Həm də yaşının elə dönəmidir ki, keçid zamanındadır. Qərarlarına müdaxilə etmək istəmirəm. Əsas odur həyatımda var. Mən ondan stimul alıram. Əvvəllər mən onun başına sığal çəkirdim, indi o anasının nazını çəkir».
Könül Xasıyeva konsert proqramında Namiq Qaraçuxurlu ilə duet oxuyacaq. Yeni duet ortağı ilə bağlı da suallarımız oldu. Xanəndə bildirdi ki, Namiqin sənətinə və şəxsiyyətinə böyük hörməti var:
«Namiq dəyərli oğuldu. Gözəl sənətkardı. Oğlum Kazım da onu çox sevir. Bir yerdə duetləri oldu, kənardan izləyəndə təsirlənmişdim. Elə ona görə də istədim konsertdə bir mahnını məhz Namiqlə birgə ifa edim. Çünki bunu oğlum Kazım da arzulayırdı. Mən bu arzunu reallaşdırmaq üçün Namiqə müracət etdim, sağ olsun o da dəvətimi qəbul etdi. Konsertdə başqa sənət dostlarım da mənimlə səhnəni bölüşəcəklər. Fəxri qonaqlarım da olacaq. İnanın, çox həyəcanlıyam. Səhhətim arada mənimlə oynamaq istəyir. Təzyiqim qalxır, düşür. Amma xəstəliyimlə də dil tapmağa çalışmışam ki, sən mənə bir müddət toxunma, imkan ver konsertimi verim, sonra hesablaşarıq».
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm
BƏƏ-nin Füceyrə limanına yenidən hücum edilib
12:12 16.03.2026
Dünya
Veteran futbolçumuza UEFA-da rəhbər vəzifə verildi
11:58 16.03.2026
Futbol
Yaponiyada strateji neft ehtiyatları satışa çıxarılıb
11:38 16.03.2026
Gündəm