"Mən heç kimə hədə-qorxu gəlməmişəm"
İsmayıl Qocayev
15:48 06.07.2019
Mədəniyyət
1258
Mən heç kimə zəng vurub narahat edəcək mədəniyyətə sahib deyiləm
Şəbnəm Tapdıq: "Sadəcə, elan etmişəm ki, mən İlk Şəbnəm olaraq rəsmi sənədlə qeydiyyatdan keçmişəm"
Gənc müğənni Şəbnəm Qəhrəmanovanı polisə şikayət ediblər. Həmkarı, müğənni Şəbnəm Tapdıq ona telefon açaraq hədə-qorxu gəlib və adının dəyişdirilməsini tələb edib. Bu barədə müğənni özü məlumat verib. Hər iki müğənni ilə əlaqə yaratdıq. Şəbnəm Qəhrəmanova «Şərq»ə açıqlamasında məlumatı təsdiqlədi: «Artıq bu söz-söhbət uzun müddətdir davam edir. Şəbnəm Tapdıq telefon açaraq məni hədələyib, adımın dəyişdirilməsini tələb edir. İddia edir ki, adı Müəllif Hüquqları Agentliyində, guya, qeydiyyatdan keçib və bu adın müəlliflik hüququ atasına və ona aiddir. Tələb edir ki, adımı dəyişim. Ay bacı, Azərbaycanda yüzlərlə Şəbnəm adlı xanım-qızımız var. Nə edək, Şəbnəm Tapdığa görə atamızın qoyduğu addan imtina edək? Bu nə qədər məntiqə sığır? Mən hələ də anlaya bilmirəm ki, o hansı ağıl və məntiqə sığaraq zəng edib məni hədələyir ki, adını dəyiş».
«Onunla telefonda danışığınız olubsa, sizə adınızın dəyişdirilməsi üçün iddiasını necə əsaslandırır» sualına Şəbnəm Qəhrəmanova «Əslində absurd bir iddia olduğunu özü də anlayır yəqin. Deyir ki, səhnədə Şəbnəm adlı müğənnilər olmamalıdır. Onlar mənim adıma, nüfuzuma səhnədə olmaqla xələl gətirirlər. Deyir siz mənim adıma ləkə gətirirsiz. Sən də, Şəbnəm Tovuzlu da adınızı dəyişməlisiz. Bu ad mənə məxsusdu. O qədər məntiqsiz və əsassız bir iddia ilə məni narahat edir ki, söz tapıb deməyə belə ehtiyac duymuram. Əvvəllər əsəbiləşirdim, indi artıq onun bu əsassız hədə-qorxularına gülürəm. Sadəcə, insanı zəngləri narahat edir. Sonuncu dəfə ona xəbərdarlıq da etdim ki, bir də məni narahat etməsin. Əgər bir də məni narahat etsə, bu dəfə mən məcbur qalıb onu polisə, məhkəməyə şikayət edəcəm. İnanın, başqa yol saxlamır. Deyir adına ləkə gətiririk. Onun bu mənasız iddiaları necə, görən onun xanımlığına, sənətinə, adına ləkə gətirmir? İnsan bir addım atanda, bir fikir səsləndirəndə onu əsaslandırmalıdır. Özünü bu yaşda gülünc vəziyyətə salır».
Müğənni Şəbnəm Tapdıqla da əlaqə yaratdıq. Şəbnəm Tapdıq Şəbnəm Qəhrəmanovanın söylədiklərini inkar etdi:
«Bu söhbəti kim deyir? Yalandı. Mən heç kimə zəng vurub narahat edəcək mədəniyyətə sahib deyiləm. Qaldı ad məsələsinə, mən sözümü demişəm, amma heç kimə hədə-qorxu gəlib zəng etməmişəm. Sadəcə, mən özümü İlk Şəbnəm elan etmişəm və İlk Şəbnəm kimi qeydiyyata düşmüşəm. Bu mənim şəxsi işimdi, onlara da bunun aidiyyəti yoxdu.
Bu adı Azərbaycanda ilk mən daşıdığım üçün İlk Şəbnəm kimi rəsmi qeydiyyata düşmüşəm. Azərbaycan səhnəsində bu gün məndən sonra olan 3 Şəbnəm də mənim adımı daşıyır. Halal xoşları olsun. Mən fəxr edirəm ki, mən İlk Şəbnəm kimi Azərbaycanda bu adın təməlini qoymuşam. Məndən sonra Azərbaycanda yüzlərlə valideyn qızına Şəbnəm adı qoyub.
Elə Şəbnəm Qəhrəmanovanın da anası deyib ki, mən sənə o adı Şəbnəm Tapdığı sevdiyim üçün qoymuşam. Mənim adımın əmtəə nişanı var - İlk Şəbnəm. Bunu da göstərə bilərəm. Patent sənəddə də qeyd olunub ki, mən İlk Şəbnəməm.
Onlara zəngə gəlincə, onların hər üçü mənim sənətimlə müqayisədə uşaqdılar. Mən heç kimə hədə-qorxu gəlməmişəm. Sadəcə, elan etmişəm ki, mən İlk Şəbnəm olaraq rəsmi sənədlə qeydiyyatdan keçmişəm. Bu gün mən o səviyyədə sənətkaram ki, belə uşaqlarla qalmaqala ehtiyacım yoxdu.
Mənim böyük layihələrim var, onlar üzərində çalışıram, ciddi insanlarla işbirliyi qururam. Gənc uşaqlar mənim səviyyəmdə deyil ki, mən onlarla söz danışıb fikir mübadiləsi aparım».
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq