Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib.
“Sherg.az” xəbər verir ki, deputat “Novoye Vremya” qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib.
Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib. O, Gülnarə Şıxəliyevadan boşanmadığını və üçüncü dəfə evlənmədiyini bildirib.
Qeyd edək ki, ötən gün 81 yaşlı Xalq artisti Polad Bülbüloğlunun 48 yaşlı Əməkdar artist, tanınmış rəqqasə Eteri Cəfərova ilə ailə həyatı qurduğu haqda məlumat yayılıb.