Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə Dərbənddə yenilənmiş Azərbaycan Musiqili Dram Teatrının açılışını edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

"Rusiya ilə Azərbaycan arasında münasibətlər ümumi tarixi keçmişin, o cümlədən mədəni irsin möhkəm bünövrəsi üzərində inkişaf edir. Qeyd etmək lazımdır ki, Bakıda 100 ildən çox əvvəl açılmış məşhur Rus Dram Teatrı olduqca uğurla fəaliyyət göstərir", - o bildirib.

"Bununla əlaqədar teatrın işinə verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürümü bildirmək istəyirəm", - o qeyd edib.