Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimi başa çatıb.
Teleqraf xəbər verir ki, vida mərasimində baş nazir Əli Əsədov, fövqəladə hallar naziri Kəmallədin Heydərov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Xalq şairi Ramiz Rövşən, Xalq artisti Fəxrəddin Manafov, bir çox mədəniyyət xadimləri, mərhumun dostları və ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Rasim Balayev l Fəxri xiyabanda dəfn ediləcək.

***
11: 23
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimi başlayıb.
Teleqraf xəbər verir ki, vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilir.
Vida mərasimində mərhumun ailə üzvləri, incəsənət və mədəniyyət xadimləri və sevənləri iştirak edir.
Vida mərasiminə fövqəladə hallar naziri Kəmallədin Heydərov da qatılıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək mərhumun ailəsinə başsalığı verib:
"Bu gün milli kinomuz və mədəniyyətimiz üçün çox ağır itkidir. Azərbaycan kino sənətinin sütunlarından biri Rasim Balayevin əbədiyyətə qovuşması hamımızı sarsıtdı. O vətənpərvərliyin simvolu idi. Ömrünün sonuna qədər xalqına xidmət etib və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib".
Qeyd edək ki, R.Balayev ötən gün İstanbul Memorial Xəstəxanasında vəfat edib. O, I Fəxri xiyabanda dəfn olunacaq.
Xalq artisti Rasim Balayevlə vida mərasimində mərhumun oğlu Ülvi Balayev deyib ki, ailəmiz üçün çox ağır gündür.
"Ailəmizdə həmişə ən gözəl sözü Rasim Balayev deyib. Ondan gözəl sözü deyə bilməyəcəm. Hər kəsə təşəkkür edirəm",-deyə Ü.Balayev əlavə edib.