“Şükriyyə” tamaşası Gürcüstanda nümayiş etdirilib
23:41 14.10.2025
Mədəniyyət
607
Yazıçı Cavid Zeynallının eyni adlı əsəri əsasında hazırlanmış “Şükriyyə” tamaşası Gürcüstanın Şota Rustaveli adına Milli Dram Teatrının böyük səhnəsində tamaşaçılara təqdim olunub.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri Akademik Milli Dram Teatrının Tbilisiyə Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə qastrol səfəri çərçivəsində nümayiş etdirilib.
Gürcü dilində subtitrlərlə göstərilən tamaşanı Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, Gürcüstanın mədəniyyət nazirinin müavini Giorgi Mirtsxulava, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, azərbaycanlı icmanın üzvləri, mədəniyyət xadimləri, ziyalılar, Gürcüstanın Robert Sturua, Davit Uplisaşvili kimi tanınmış teatr xadimləri izləyiblər.
Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatından bəhs edən səhnə əsəri maraqla və alqışlarla qarşılanıb.
Nümayiş çərçivəsində teatrın foyesində Azərbaycan teatrının tarixini əks etdirən fotolar da sərgilənib.
Qeyd edək ki, yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Tamaşada Əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), Xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), Xalq artisti Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), Əməkdar artist Şəlalə Şahvələdqızı (qadın müstəntiq), aktrisa Dilarə Nəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (nəzarətçi), aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək), aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov (nəzarətçilər) çıxış ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual