Tahir İmanov onları məhkəmə ilə hədələdi

Əməkdar artist Tahir İmanov onunla bağlı sosial şəbəkədə yazılanlara cavab verib. 

Axşam.az xəbər verir ki, aktyor dini mənsubiyyətini müzakirə edənləri məhkəməyə verəcəyini bildirib:

"Mənə müxtəlif ləqəblər qoşursunuz. Qanun baxımından bizdə dində azadlıqdır. yaüzırsınız ki, Tahirin dini təriqəti belədir... Mən müsəlmanam. Sizdən fərqli olaraq heç kimə ləqəb qoşmuram. Mənim üçün Azərbaycanda yaşayan qardaş, bacı müsəlmandır. Heç kimi təriqətlərə bölmürəm. Xahiş edirəm, bizim şəxsi həyatımıza qarışmayın. Bu, davam edərsə, qanun çərçivəsində addım atacağam. İndi sizə xəbərdarlıq edirəm. Bu, şantaj deyil. Qanun mənə nə icazə verirsə, bunu edəcəyəm. Sonra mənə yalvarmayın ki, ərizəmi geri götürüm".

Qeyd edək ki, qardaşı, Əməkdar artist Cabir İmanovun vəfatından sonra bir çoxları T.İmanovun vahabi olduğunu yazıb.